miss dior

Miss Dior – sevgi dolu yaz ətri

Sevgini qoxu ilə izah etmək istəsəniz hansı ətir köməyinizə gələr? Çox düşünməyin! Çünki Dior sizi bu çətinlikdən xilas edir. Bu dəfə sizə sevginin, hislərin, qoxusu ilə sizi sevgiyə aparan yeni Miss Dior ətir suyundan yazırıq.

Əfsanəvi Miss Dior Eau de Parfum-un yaranması

1947-ci ildən Miss Dior bütün dünyaya sevgi yaymaq üçün yola çıxdı. Məhz əfsanəvi Christian Dior-un “Mənə sevgi kimi qoxan ətir hazırlayın” fikri Dior ətriyyat evinin ətriyyatçılarını araşdırmağa sövq etdi. Və nəticədə 1947-ci ildə ilk Miss Dior Eau de Parfum sevgi ətri hazırlandı. 2017-ci il, yəni, ətrin yaranmasının 70-ci ilində yenidən Dior ətir evi sevgini tərənnüm edən ətrə tam fərqli nəfəs vermək qərarına gəldi. Bu dəfə fərqli, müasir sevgi, müasir qadının sevgisi bir flakonda cəmləndi. Bunu Dior-un baş ətriyyatçısı Francois Demachy etdi. Məhz o, ətri “Sevginin qoxusu” adlandırır. Ətriyyatçı Miss Dior Eau de Parfum-un ilk melodiyasından ətri ilk baxışda sevginin hisləri kimi xarakterizə edir.

Miss Dior ətri

Miss Dior ətri

Miss Dior ətir suyunun kompozisiyası

Ətrin kompozisiyası yüngül və rahatdır. Türk Dəməşk qızılgülü və Qrass qızılgülü hissiyyatlı berqamotla vəhdət təşkil edərək sitrus notların qiymətli duetilə qəbləri məftun edir. Çəhrayı bibər ətrə dinamiklik qatdığı halda, paçuli ətrin bazasını tamamlayır. Bütün bu notlar, bütün zamanların mükəmməl sevgi simfoniyasını yaradır.

Miss Dior Eau de Parfum və cazibədar reklam kampaniyası

Miss Dior Eau de Parfum-un flakonu

Sadə, əfsanəvi Miss Dior-lara xas olan ənənəvi, şəffaf flakona malik ətir özündə sehirli, sevginin, qoxusu ilə sizi məftun edəcək qoxunu saxlayır.

Miss Dior Eau de Parfum və cazibədar reklam kampaniyası

Çox gözlənilən əfsanəvi Miss Dior-un reklam kampaniyası da məhz belə səs-küyə səbəb olmalı idi. Bu dəfə də ətir reklam üzü olaraq, 2010-cu ildən bəri brendin üzü olan Natalie Portman-a üstünlük verdi. Təkrarolunmaz və cəlbedici obrazı ilə aktrisa reklam çarxında ətrin əsl kompozisiyasını eleqantlığı və qadınlığı ilə tamamilə çatdıra bilir. O, bu reklam filmində həm sevgidən səmalarda olan, sevgi acısından üzülən, sevgisi uğrunda hər şeyə qadir güclü qadın obrazını bütün çılğınlığı ilə yarada bilib.

Mənbə: http://lavanda.az/

Leave your comment